Türkiyə Superliqasında 14-cü turdan təxirə salınmış qarşılaşmada “Beşiktaş” “Antalyaspor”la qarşılaşıb.

Oyunun əvvəllərində maraqlı hadisə qeydə alınıb. Belə ki, ölkədə baş verən zəlzələdən əziyyət çəkmiş uşaqlar üçün “Beşiktaş” azarkeşləri 4-cü dəqiqəsinin 17-ci saniyəsində meydana oyuncaqlar atmağa başlayıblar. Bu tarixi anlar gözəl görüntilərlə yadda qalıb. Oyuna gəlsikdə isə yerli komandanın üstünlüyü ilə keçən görüşdə hesab açılmayıb. İstanbul təmsilçisi hətta hakimin əsas vaxta artırdığı dəqiqələrdə penalti vurmaq hüququ da qazanıb. Ancaq Cenk Tosun zərbəni dəqiq yerinə yetirə bilməyib:  “Beşiktaş” – “Antalyaspor” 0:0. Eyni gündə Superliqada 23-cü turun son oyunu da keçirilib. İstanbulda yerli “Ümraniyespor” “Adana Dəmirspor”u qəbul edib. Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. 79-cu dəqiqədə Ndiaye qonaqları hesabda önə keçirsə də, son dəqiqələrdə Koyode bərabərliyi təmin edib:  “Ümraniyespor” – “Adana Dəmirspor” 1:1.

Superliqada 54 xal toplayan “Qalatasaray” liderliyini davam etdirir. 48 xala malik “Fənərbağça” ikinci, 40 xal toplayan “Beşiktaş” isə 3-cüdür.